"Hizbullah" İsrailin bazalarını vurdu
2024-09-20 15:57:16
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, "Hizbullah" döyüşçüləri İsrail ordusunun Golan təpələrindəki bazalara zərbələr endiriblər. Günün ikinci yarısında 130-dan artıq raket aılıb. "Hizbullah"ın öz "Teleqram" kanalında verdiyi məlumata görə, hücum nəticəsində üç hərbi briqadaya məxsus olan səhra düşərgələri və qərargahlar zərər görüblər.
Hürr Tərcüman