Saat:08:10
Haqqımızda

“HİZBULLAH”-ın "ÖLÜM QRUPU" İSRAİLƏ HÜCUMA HAZIRLAŞIR” - Təlim görüntüləri yayıldı + VİDEO

2023-10-19 14:09:16

“HİZBULLAH”-ın

On gündən artıqdır davam edən İsrail-HƏMAS qarşıdurmasında yaşanan hadisələr İsraillə Livan arasında gərginliyi pik həddə çatdırıb. Livan “Hizbullah”ı İsrailin Qəzzada quru əməliyyatlarına başlayacağı təqdirdə müharibəyə qoşulacağını açıqlayıb. İsrail rəsmiləri isə bildiriblər ki, müharibəyə qatılacağı təqdirdə “Hizbullah”ı tamamilə məhv edəcəklər.

Hurriyyet.az xəbər verir ki, belə bir kritik dönəmdə İsrailin “Alma” beyin mərkəzinin “Hizbullah”ın təlim görüntülərini dərc etməsi dünya mediasında böyük əks-səda doğurub.

Həmin videoda “Hizbullah”ın Radvan bölməsinin yüzlərlə hərbçisinin İsrailə hücumla bağlı təlim keçdiyi, “Davud Ulduzu”na bənzər hədəfləri vurduğu görünür. “Alma” yayımladığı videoda “Hizbullah”ın İsrailin şimalında döyüşmək üçün təlim keçmiş 5 min təcrübəli döyüşçüsü var” ifadəsini işlədib.

“Hizbullah”ın İsrailin şimalında planlaşdırdığı hücumun əməliyyat xəritəsini də dərc edən “Alma”, Radvan bölməsinin əsas missiyasının İsrailə sızmaq və Qalileyanı ələ keçirmək olduğunu qeyd edərək, “Hizbullah” döyüşçülərinin qurudan, havadan və dənizdən hücum edəcəyini iddia edib.

Sözügedən görüntülərdən sonra Böyük Britaniyanın aparıcı nəşrlərindən olan “The Mirror” “Hizbullah”ın İsrailə qarşı HƏMAS-a bənzər bir basqın hazırladığını iddia edib. Sözügedən bölməni “ölüm qrupu” adlandıran “Mirror”, əsas planın yüzlərlə israil əsgərini öldürmək və mülki vətəndaşları girov götürmək olduğunu iddia edib.

 

 

Britaniya nəşri həmçinin vurğulayıb ki, Radvan bölməsi xüsusi təlim keçib və hər cür texnikaya sahibdir.

Bu barədə açıqlama verən İsrail təhlükəsizlik mənbəsi “Mirror”-a bildirib ki, sözügedən video may ayında çəkilib.

“Bunlar Suriyada döyüş təcrübəsi olan yüksək təlim keçmiş əsgərlərdir. İsrail rəsmiləri HƏMAS-ın da havadan, dənizdən və qurudan hücum edə biləcəyinə inanmırdı. Sizcə İran tərəfindən təlim keçən bu hərbçilər onlardan daha zəifdir? Nəyi gözləyirsiniz? Dünya İran təhlükəsindən qurtulmalıdır. Əsas təhlükə buradan gəlir”,-deyə o, bildirib.

“AzPoltika.info”

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 1.835420