Hitlerin bu sualtı qayıqla Argentinaya qaçdığı iddia edilir - FOTOLAR

2022-09-23 13:02:00

Hitlerin bu sualtı qayıqla Argentinaya qaçdığı iddia edilir - FOTOLAR

İddialara görə, Argentina sahillərində Adolf Hitlerin Cənubi Amerikaya qaçmasına kömək edən “gizli nasist maşını” adlı sualtı qayığın qalıqları tapılıb.

Hurriyyet.az xəbər verir ki, 80 metr uzunluğundakı sualtı qayıq Quequen limanı yaxınlığında dalğıclar tərəfindən aşkar edilib.

Xəbərdə bildirilir ki, 43 nəfərdən ibarət dalğıc heyyəti suyun 30 metr dərinliyində tədqiqat işləri apararaq, sualtı qayığın ilk görüntülərini paylaşıblar.

Missing Link qrupunun lideri, 66 yaşlı Abel Basti hesab edir ki, Hitler İkinci Dünya Müharibəsindən sağ çıxaraq, Argentinaya qaçıb və bu barədə kitablar da yazıb. O, Hitlerin intihar etmək əvəzinə 1945-ci ildə Argentinaya gəldiyini, daha sonra isə sualtı qayığın partlayıcılarla məhv edildiyini iddia edir.

Britaniyanın Kinqston Universitetinin tarix müəllimi Steven Woodbridge isə sualtı kəşfin çox maraqlı olduğunu və bunun tarixi əhəmiyyəti ola biləcəyini deyir. Lakin o, Hitlerin bu gəmi ilə Argentinaya qaçdığı iddialarıyla razılaşmır.

AzPolitika.info


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.000091