Hipermarketə silahlı hücumda yaralananların vəziyyəti açıqlandı

2023-03-04 14:00:00

Hipermarketə silahlı hücumda yaralananların vəziyyəti açıqlandı

Xətai rayonu Əhmədli qəsəbəsində hipermarketdəki silahlı insident zamanı yaralananların vəziyyəti açıqlanıb. 

TƏBİB-dən verilən məlumata görə, hadisə nəticəsində yaralanan iki nəfər Sabunçu Tibb Mərkəzinə yerləşdirilib:

“Bakıda hipermarketlərin birində baş verən baş verən hadisə ilə əlaqədar TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 12:21 radələrində çağırış daxil olub. 

Hadisə nəticəsində xəsarət alan 2 nəfər TƏBİB-in tabeliyindəki Sabunçu Tibb Mərkəzinə təxliyə edilib. Hazırda onlara zəruri tibbi xidmət göstərilir. 1 nəfər hadisə yerində dünyasını dəyişib”.

qafqazinfo.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.179278