Hindlilər Azərbaycanla sərhəddə səngər qazır: fəhlə, yoxsa həbrçilər?
Hindistandan gəlmiş fəhlələr Azərbaycanla sərhəddə Ermənistan ordusu üçün səngər qazırlar.
Hurriyyet.az bildirir ki, bu barədə jurnalist Oskan Sarkisyan məlumat verib.
O yazıb ki, Tavuşda sərhəddə istehkamların qazılması, yeni səngərlərin hazırlanması və bu qəbildən olan işləri Hindistandan gətirilmiş fəhlələr həyata keçirir. “Onlara günbdəlik 12 min dram və ya 30 dollar pul verilir”.
Qeyd edək ki, yerli sakinlər həmin hindililərin çox savadlı olduqlarını, hər şeyi özləri həyata keçirdiklərini, lazım olan miqdarda sement və armaturdan istifadə etdiklərini bildiriblər. Bu isə müəyyən şübhələrə yol açır.
Belə ki, son zamanlar Hindistanla Ermənistan arasında hərbi sahədə əməkdaşlıq çox irəli gedib. Bu proses təkcə silah alışı deyil, həm də mütəxəssislərin cəlb edilməsini də əhatə edir. Bu məlumata əsaslanarsaq, o zaman belə anlaşıla bilər ki, Tavuşda, Azərbaycanla sərhəddə belə savadlı hindli fəhlələrin peyda olması elə həmin razılaşmanın nəticəsidir. Bu, həmçinin onların sıradan fəhlə deyil, fəhlə adı altında hərbi konstruktorlar olmasını deməyə əsas verir./Tribunainfo.az/