Saat:16:38
Haqqımızda

Hindistanlıların Rusiya axını gözlənilir

2025-12-23 11:24:45

Hindistanlıların Rusiya axını gözlənilir

Hurriyyet.az xəbər verir ki, 2026-cı ilə azı 40 min hindistanlı Rusiyaya işləməyə gedəcək. Onlara əmək miqrantı vizası veriləcək. Rusiya mətbuatına bu barədə məlumatı RF Prezidentinin savamlı inkişaf sahəsində beynəlxalq təşkilatlarla münasibət məsələləri üzrə köməkçisi Boris Titov məlumat verib.
Onun sözlərinə görə, Hindistanla əməkdaşlıq Rusiyada işçi çatışmazlığını qismən kompensasiya edə bilər.
2022-ci ildə 8 min nəfərə yaxın, 2023-cü ildə 14 min nəfər, 2024-cü ildə isə 36 min Hindistan vətəndaşının Rusiya işləməsinə icazə verilib. Cari il ərzində 235 min nəfərə yaxın xarici vətəndaşın Rusiyada işləməsinə icazə verilməsi nəzərdə tutulub, bu kvotadan 73 min yer Hindistana ayrılıb. Hidistan üçün əmək miqrasiyası ölkəyə valyuta axınının əsas mənbələrindən biri hesab edilir. 2024-cü ilin nəticələrinə görə, xaricdən pul köçürülməsi 129 milyard dollara çatıb.
Hürr Tərcüman