Hindistanla Pakistan arasında razılaşma - "Frans-Press" mənbələrə istinadla xəbər yaydı
2025-05-20 16:43:50

Hurriyyet.az xəbər verir ki, Hindistan ilə Pakistan mayın sonuna qədər öz hərbçilərini silahlı münaqişə başlamazdan əvvəlki mövqelərinə qaytarmaq barəsində razılaşıblar.
Bu barədə "Frans-Press Agentliyi" mənbələrə istinadla məlumat verib.
Pakistanın Təhlükəsizlik Xidmətində işləyən anonim mənbə deyib: "Mayın axırlarına qədər qüvvələr münaqişədən əvvəl tutduqları mövqelərə qaytarılacaqlar".
Hürr Tərcüman
