Hindistanın Aya göndərdiyi aparatın verdiyi xəbər alimləri mat qoydu

2023-08-28 09:55:51

Hindistanın Aya göndərdiyi aparatın verdiyi xəbər alimləri mat qoydu

Hurriyyet.az xəbər verir ki, “Çandaryan-3” missiyası çərçivəsində Aya endirilən özüyeriyən “Praqyan” aparatı Yerin təbii peykinin səthindən toplanmış ilk məlumatı alimlərə çatdırıb. Hindistanın Kosmik Tədqiqatlar Təşkilatının (ISRO) verdiyi məlumata görə, əldə olunan informasiya mütəxəssisləri çox təəccübləndirib.

Aparat Ayın cənub qütbündəki temperaturu ölçüb. Hindistanın Kosmik Tədqiqatlar Təşkilatının əməkdaşı Bi Darukeşin sözlərinə görə, həmin mühitdəki temperatur alimlərin gözlədiklərindən xeyli artıq olub. Darukeş deyib: “Biz hamımız elə bilirdik ki, Ayın səthinin temperatutu 20-30 dərəcə Selsi ola bilər, lakin həmin göstərici 70 dərəcə Selsiyə bərabər olub. Həmin rəqəmin gözlədiyimizdən bu qədər çox olması bizi heyrətləndirib”.

“Praqyan” ayın səthində 14 gün olacaq. Həmin vaxtda özüyeriyən aparat Ayda su axtaracaq. Qeyd edək ki, hələ 2008-ci ildə “Çandaryan-1” staniyası Ayda su axtarışına başlamışdı.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.166239