Hindistanın adı dəyişdiriləcək – yaxın günlərdə qərar verilməsi gözlənilir
2023-09-05 14:12:21

Hurriyyet.az xəbər verir ki, Hindistan hakimiyyəti ölkənin keçmiş adını qaytarmaq niyyətindədir.
“Ekonomik Tayms” nəşrinin yazdığına görə, Hindistanın keçmiş Bharat adı qaytarıla bilər.
Parlamentin 18-22 sentyabr tarixlərinə planlaşdırılmış xüsusi sesiyası zamanı Narendra Modinin başçılıq elədiyi hökumətin Hindistanın rəsmi adının “Bharat” adına dəyidirilməsi barəsində qətnamənin qəbul ediləcəyi gözlənilir.
Hindistan Milli Konqresinin başçısı Cayram Rameş “İks” (X – keçmiş “Tvitter”) şəbəkəsində yazıb: “İndi Konstitusiyanın I maddəsində yazılacaq: “Bharat, yəni Hindistan Dövlətlər İttifaqı olmalıdır”.
Hürr Tərcüman
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya