Saat:23:56
Haqqımızda

Hindistanda partlayış: ölənlərin sayı 13-ə çatdı

2025-11-10 21:46:01

Hindistanda partlayış: ölənlərin sayı 13-ə çatdı

Hindistanın paytaxtı Yeni Dehlidə tarixi Qırmızı qala yaxınlığında avtomobilin partladılması nəticəsində bir neçə nəfər yaralanıb.

Bu barədə NDTV məlumat yayıb.

Məlumata görə, partlayış nəticəsində yaxınlıqda olan üç-dörd maşın yanıb və yararsız vəziyyətə düşüb. Hadisə yerinə 20-yə yaxın yanğınsöndürən maşın göndərilib, polis bütün ərazini mühasirəyə alıb.

***

Hindistanın Dehli şəhərində avtomobildə baş verən partlayış nəticəsində səkkiz nəfər həyatını itirib, 24 nəfər isə xəsarət alıb.

***

Köhnə Dehli rayonunda partlayış nəticəsində ölənlərin sayı 13-ə çatıb.

Bundan əlavə, partlayışda ən azı 22 avtomobil və avtorikşa yanaraq yararsız hala düşüb. \\Axar.Az


Load Time (S) : 0.000525