Hindistanda leysan – onlarla insan həlak olub və itkin düşüb
2021-10-18 15:45:00
Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, Hindistanda leysan yağışların qurbanlarının sayı 24 nəfərə çatıb.
Hindistanın cənubundakı Keral şatatında yağan leysan yağışlar nəticəsində onlarla insan itkin düşüb.
“Hindistan Tayms” nəşrinin yazdığına görə, güclü yağışlar qəfil sellərə və sürüşmələrə səbəb olub.
Hundistanın meteorologiya departamenti 21 oktyabr tarixinə qədər 11 rayonda havanın pisləşəcəyi, güclü küləklərin əsəcəyi barəsində xəbərdarlıq edib.
Təbii fəlakətlərlə mübarizə üzrə milli qüvvələr və Hindistan ordusu ən çox zərər çəkmiş iki rayonda – Kottayam ilə İdukkidə xilasetmə işlərinə kömək edirlər. Həlak olanlarının sayının arta biləcəyi ehtimal edilir.
Hürr Tərcüman