Hindistanda 33 nəfər leysan yağışların qurbanı oldu

2021-07-19 14:29:00

Hindistanda 33 nəfər leysan yağışların qurbanı oldu

Hurriyyet.org xəbər verir ki, Hindistanın Maharaştra ştatının paytaxtı Mumbay şəhərində güclü leysanlar nəticəsində yaranan selləmə suların üzündən həlak olanların sayı 33 nəfərə çatıb, 6 nəfər isə yaralanıb. Məlumatı “Tayms of İndiya” nəşri yayıb.

İnsanların ölümünün səbəbi selin yaratdığı sürüşmə olub. Sürüşmə nəticəsində binalar çöküb, adamlar evlərin altında qalıb. Üç ölüm halı elektrik vurması səbəbindən baş verib.

Şəhərdə elektrik enerjisi ilə suyun verilməsində problemlər yaranıb.