Hindistan iki aydan sonra dünyada birinci olacaq - dövlət əhalinin sayını bilmir
2023-02-16 18:23:00

Hurriyyet.az xəbər verir ki, “Röyters” agentliyi proqnozlara görə, Hinsitanın iki aydan sonra dünyanın ən sıx məskunlaşmaya malik ölkəsinə çevirləcəyini bildirib. Hindistanın əhalisi 1,4 milyarddan artıqdır.
Agentliyin yazdığına görə, ən azından bir il və bəlkə də ondan da uzun müddət sonra Hindistandan nə qədər adamın yaşadığı bəlli olmayacaq. Çünki dövlət öz vətəndaşlarının sayını bilmir və deyəsən, hesablaya da bilməyəcək.
Hindistanda əhalinin siyahıya alınması on ildə bir dəfə keçirilir. 2021-ci ildə keçirilməsi nəzərdə tutulan siyahıyaalınma pandemiyaya görə təxirə salınıb, hazırda isə texniki və logistik əngəllər üzündən baş tutmur. Ölkəmiqyaslı tədbirin yaxın zamanlarda keçirilməsi gözlənilmir.
Hürr Tərcüman
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya