Hindistan həddini aşdı: müsəlmanların qəzəbindən Modini hansı tanrısı xilas edəcək?

2022-06-09 16:02:00

Hindistan həddini aşdı: müsəlmanların qəzəbindən Modini hansı tanrısı xilas edəcək?

Hindistanın hakim radikal millətçi “Bxaratiya Canata” (BJP) partiyasının rəsmiləri tərəfindən islam dininə qarşı və Məhəmməd peyğəmbər ilə bağlı təhqiramiz ifadələr işlədilib. Həmin rəsmilərdən biri hakim partiyanın sözçüsü Naveen Kumar Jindal Twitter-də Məhəmməd peyğəmbəri təhqir edən paylaşımı böyük reaksiya alıb.

Qətər və Küveyt Hindistan rəsmilərindən üzr istəməyi tələb edib. İran isə Hindistandakı səfirini geri çağırıb. Səudiyyə Ərəbistanında yerləşən Ümumdünya Müsəlman Liqası isə bu təhqirin cavabsız qalmayacağını bildirib.

Əksər müsəlman ölkələrinin supermarketlərində Hindistanın düyü torbaları, ədviyyatlar və çili bibərləri olan rəflər polietilenlə örtülüb. Lövhələrdə isə ərəbcə “Hindistan mallarını yığışdırdıq” deyə yazılıb.

Peyğəmbərin təhqir edilməsinə Bakının reaksiyası

Məsələ ilə bağlı Hindistanın ölkəmizdəki səfiri Bavitlung Vanlalvavna Xarici İşlər Nazirliyinə çağırılıb. Hindistanın hakim partiyasının rəsmiləri tərəfindən islam dininə qarşı və Məhəmməd peyğəmbər ilə bağlı təhqiramiz ifadələr işlədilməsinin qəbuledilməz olduğu bildirilib.

Hindistan rəsmilərinin sərgilədiyi islamafob mövqeyin bütün dünya müsəlmanlarının hissiyatına toxunduğu qeyd edilib və Azərbaycanın bu davranışı qınadığı Hindistan səfirinin diqqətinə çatdırılıb.

Azərbaycanın bu məsələdə rəsmi Yeni Dehliyə reaksiya bildirməsi çox vacib idi. Azərbaycanın rəsmi dövlət dini islam olmasa da əhalisinin böyük əksəriyyəti bu dinə etiqad edir. Bundan başqa ölkəmiz bütün dünyada dinlərin sülh, əmin-aman və harmoniya ilə yaşandığı ölkə olaraq tanınır. İslam əməkdaşlıq təşkilatının ən aktiv üzvü olaraq da ölkəmizin bu məsələdə reaksiya bildirməsi yerində və doğru addım idi.

Modini nə Krişna, nə Brahma, nə də Şiva xilas edə bilər!

Ümumiyyətlə Hindistanın radikal millətçi BJP partiyası və onun lideri Narendra Modi uzun müddətdir ki, islamafob və nasist siyasət yeridir. Narendra Modi 2014-cü ildə hakimiyyətə gəldikdən sonra ölkədə islamafobiya və müsəlmanlara qarşı hücumlar hər il artmağa başlayıb. Hindli millətçilərinin müsəlmanları ölümlə hədələyən and videolarının yayılması həm ölkə daxilində, həm də xaricdə dəfələr ilə reaksiyalara səbəb olub. Düzdür, bu cür çıxışlar diskurs baxımından xristianlar, sinqxlər və buddistlər kimi icmalara ünvanlansa da praktiki olaraq müsəlmanları hədəf alır.

Aydın məsələdir ki, Naveen Kumar Jindalında islam peyğəmbərinə onun xanımına və ümumilikdə islam dininə qarşı sistematik təhqirlər etməsi səbəbsiz deyil. Jindalı BJP partiyası və onun lideri Narendra Modi dəstəkləyir. Jindal bundan öncə də müsəlmanlara qarşı repressiyada adı hallanmış konkret cinayət əməllərinə imza atmasına baxmayaraq hakim partiya tərəfindən işlədiyi cinayətlər gözardı edilmişdi.

Narendra Modinin müsəlmanlara qarşı atdığı digər bir islamafob addımda vətəndaşlıq haqqında düzəlişdir. Belə ki, yeni düzəlişə əsasən Əfqanıstan, Pakistan və Banqladeşdən olan qeyri-müsəlman qaçqınlara Hindistan vətəndaşlığının verilməsi sadələşdirilib. Maraqlı məqam isə həmin insanlar müsəlmanların kompakt yaşadığı şimal vilayətlərinə müsəlmanların torpaqları yaşayış evləri hesabına yerləşdirilir. Hətta 2021-ci ildən bəri Hindistanda bu qanuna qarşı etirazlar davam edir. 

Narendra Modinin antimüsəlman mövqeyi əslində o, baş nazir olmadan öncə də görünürdü. Hətta bu səbəbdən seçkilərdə onun qələbəsinə ən çox müsəlmanlar etiraz etmişdi. Modi hələ Qucarat bölgəsinin qubernatoru olduğu müddətdə çoxsaylı müsəlman qətlinə göz yumurdu. Müsəlmanlara qarşı ikili standart tətbiq edir, hətta bir çox qətldə adı hallanırdı. Modi Hindistanda geniş vüsət alan antimüsəlman kampaniyalarını maliyyələşdirən şəxs olaraq da tanınır. Təsadüfi deyil ki, Pakistan və Hindistan arasında son zamanlar artan gərginlik də məhz Modinin adı ilə bağlıdır. Belə ki, Kəşmirin xüsusi statusunun ləğv edilməsi iki ölkə arasında münasibətlərin yenidən gərginləşməsinə gətirib çıxardı.

Modi faktiki olaraq Hindistanda dini qarşıdurma yaratmağa çalışır. O bununla ölkədəki kəskin gəlir ədalətsizliyini iqtisadi geriləməni və uğursuz daxili siyasətini ört-basdır etməyə çalışır. Son 7-8 il ərzində Hindistan iqtisadiyyatında geriləmə müşahidə olunur. Bu geriləmə Modinin hakimiyyəti dövründə daha da artıb. Onun uğursuz daxili siyasəti xalqın da narazılığına səbəb olub. Bu səbəbdən Modi hakimiyyətini qorumaq və xalqın fikrini yayındırmaq üçün belə bir addım atdı.

Modiyə qədər ölkənin daxili siyasətinin ən əsas məsələsi məhz bu gərginliyi azaltmaq idi. Lakin Modinin hakimiyyətə gəlməsi müsəlman-hindli qarşıdurmasını daha da artırdı. Modi hökumətinin bu cür radikal və yanlış siyasəti Hindistan üçün təhlükəli bir addımdır.

Hesab edirəm onun bu son addımı baha başa gələcək. Modini müsəlmanların qəzəbindən nə tanrısı Brahman, nə Şiva, nə də Krişna xilas edə bilməyəcək!

Turan Rzayev


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya