Saat:20:02
Haqqımızda

Hindistan Ermənistana "Akaş" komplekslərinin ilk hissəsini göndərməyə hazılaşır

2024-11-12 14:15:35

Hindistan Ermənistana

Hurriyyet.az xəbər verir ki, Hindistan Ermənistana "Akaş" (Akash) zenit-raket komplekslərinin ilk batareyasını göndərmək üzrədir. Bu barədə məlumatı "Nyu İndian Ekspress" nəşri komplekslərin istehsalıçısı olan "Bharat Electronics Limited" şirkətinə istinadla verib.
Şirkətin X şəbəkəsindəki səhifəsindəki xəbərdə deyilir: "Bharat Electronics Limited" bu gün Hindistanın müdafiə ixracatında mühüm bir addım atdı, şirkətin müdafiə istehsalı üzrə katibi Sanjiv Kumar, dost olan xarici ölkəyə ixrac üçün ilk "Akaş"  batareyasının təhvil veriləcəyini bildirdi".
Nəşr xatırladır ki, 2022-ci ildə Ermənistan Hindistandan dəyəri 60 milyard rupiyə yaxın (710 milyon dollar) olan 15 ədəd "Akaş" raket sisteminin alınması ilə bağlı müqavilə imzalayıb və bununla da Hindistandan həmin raket sistemini alan ilk xarici ölkə olub.
"Akaş" kompleksi "yer-hava" sinfindən olan raketlərdən ibarətdir, qırıcıları, qanadlı raketləri, "hava-yer" tipli raketləri və digər hava silahlarını 25 kilometrədək məsafədən vura bilər.
"Akaş" silah kompleksinin hər bir batareyasında bir passiv 3D radar və 4 ədəd raketatasn qurğu var. ; qurğunun hər biri 3 raket ilə təchiz edilib.
Bundan əvvəl Hindistanda artilleriya sistemlərinin aparıcı istehsalçısı "Bharat Forge" bu yaxınlarda nümayiş etdirilən "MArG 155" təkərli özü yeriyən haubitsaların Ermənistana ixrac üçün nəzərdə tutulduğunu təsdiqləmişdi.
Hürr Tərcüman 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.386795