Saat:18:51
Haqqımızda

Hikmət Mirzəyevin adı siyahıya buna görə düşüb - Bağışlanılmaz səhv

2024-04-24 16:46:24

Hikmət Mirzəyevin adı siyahıya buna görə düşüb - Bağışlanılmaz səhv

Dina Tiinus başda olmaqla, bir qrup ABŞ konqresmeni bu həftə Azərbaycana qarşı sanksiyalar haqqında qanun layihəsi təqdim etməyi planlaşdırır. Hədəfə götürülən 41 nəfər arasında Müdafiə Nazirliyi, Baş Prokurorluq, Bakı Ağır Cinayətlər Məhkəməsi, DİN, DTX, Penitensiar Xidmət, Dövlət Sərhəd Xidməti və Prezident Administrasiyasının nümayəndələri də var. Siyahıda xüsusən diqqət çəkən məqamlardan biri də Müdafiə nazirinin müavini general-leytenant Hikmət Mirzəyevin adının olmasıdır.

Üzdəniraq siyahıda Hikmət Mirzəyev “Tərtər işi”nin iştirakçılarından biri kimi təqdim olunub. Lakin istər məhkəmə, istərsə də istintaq prosesi zamanı Hikmət Mirzəyevin bu hadisədə iştirakı ilə bağlı heç bir sübut qeydə alınmayıb. 

Mövzu ilə bağlı yenisabah.az-a danışan ehtiyatda olan polkovnik və hərbi ekspert Üzeyir Cəfərov danışıb. O bildirib ki, Hikmət Mirzəyevin bu hadisəyə ümumiyyətlə aiddiyyəti yoxdur: 

“Bu məlumatı verən adamlar çox böyük səhvə yol veriblər. Hikmət Mirzəyevin Tərtər məsələsinə hər hansı bir aidiyyəti və bağlılığı yoxdur. Ona görə də düşünürəm ki, bu məsələyə aydınlıq gətiriləcək və Hikmət Mirzəyevlə bağlı olan hissə böyük ehtimalla oradan çıxarılacaq. Çünki Hikmət Mirzəyev sırf qapalı generallardan biridir. O, bütün kariyerası boyunca sırf döyüş hazırlığı və xüsusi təyinatlıların fəaliyyəti ilə bağlı çalışıb. Həmin siyahıda olduqca qarışıq və real olmayan yerlər var. Bu siyahını verən adamlar əsaslandırmalıdırlar ki, cəmiyyət də buna inansın. Məlumatın mötəbərliyi o zaman olur ki, cəmiyyət ona inanır və qəbul edir. Hikmət Mirzəyevin Tərtər hadisələrinə aiddiyyəti mənim Amerika kosmonavtikasına aidiyyətim qədərdir”. 

Polkovnik yaxın günlərdə bu məsələyə aydınlıq gətiriləcəyini qeyd edib:

“Bu günə qədər “Tərtər işi” ilə bağlı onlarla, yüzlərlə adam dindirilib və heç biri də Hikmət Mirzəyevin adını çəkməyib. Orada Hikmət Mirzəyevlə ad oxşarlığı olan başqa bir birləşmə komandirinin adı keçir. Sadəcə, bu siyahını tərtib edənlər hərbi sahəni bilmədikləri üçün kor-koranə tərtib ediblər. Yaxın günlərdə Hikmət Mirzəyevlə bağlı məsələyə tam aydınlıq gətiriləcək. Hikmət Mirzəyev hər hansı bir xarici ölkəyə getməyə meyilli olmayan zabitdir. O, son dəfə Müdafiə Nazirinin müavini kimi nazir Zakir Həsənovla Türkiyəyə gedib. Bu adam harasa gedib-gələn deyil. Hikmət Mirzəyev başdan-ayağa hərbi sahə ilə bağlı olan adamdır və bu günə qədər bir dəfə mənfi məsələlərdə adı hallanmayıb. Ümumiyyətlə, belə siyahılardan qorxmaq lazım deyil”. 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.168749