Saat:14:00
Haqqımızda

Hikmət Mirzəyev xüsusi təyinatlılardan danışdı

2021-09-21 10:26:00

Hikmət Mirzəyev xüsusi təyinatlılardan danışdı

Təlimdə iştirakçılar yüksək bacarıq nümayiş etdirərək tapşırıqları uğurla yerinə yetirdilər. Əminəm ki, təlimlər zamanı bacarıqlarınızın artırılması ilə yanaşı, peşəkar həyatınız üçün çox faydalı olan fikir və təcrübə mübadiləsi imkanı əldə etdiniz.

Hurriyyet.az xəbər verir ki, bunu Bakıda Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə Üç qardaş-2021 beynəlxalq təliminin bağlanışına həsr olunan təntənəli mərasimdə çıxışı zamanı Xüsusi Təyinatlı Qüvvələrin komandanı general-leytenant Hikmət Mirzəyev deyib.

"Birgə təlimlər xalqlarımız arasındakı dostluğun, ölkələrimiz arasında sıx əməkdaşlığın bir nümunəsidir. Təlim döyüş sahəsində üç qardaş ölkənin hərbçilərinin bir yerdə olması, çiyin-çiyinə tapşırıq yerinə yetirməsi hər birimizi qürurlandırdı”, - o vurğulayıb.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR