Saat:18:00
Haqqımızda

Hikmət Hacıyev: Mina terrorunun qurbanları arasında uşaqlar da var

2024-04-04 09:40:22

Hikmət Hacıyev: Mina terrorunun qurbanları arasında uşaqlar da var

Ermənistanın mina terrorunun qurbanları arasında uşaqlar da var.

Hurriyyet.az xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X"də yazıb.

Onun sözlərinə görə, Ermənistanın 30 ildir davam edən hərbi işğalı nəticəsində Azərbaycanın azad edilmiş əraziləri Ermənistan tərəfindən minalarla ciddi şəkildə çirkləndirilib:

"Minalar, müharibənin partlayıcı qalıqları və əldəqayırma partlayıcı qurğular mülki vətəndaşlarımızın ölümünə və yaralanmasına səbəb olmaqda davam edir, yenidənqurma işlərinə və məcburi köçkünlərin geri qayıtmasına mane olur. Qurbanlar arasında mülki şəxslər, o cümlədən uşaqlar da var".

yenisabah.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR