Hikmət Hacıyev İsrail XİN-in rəsmisi ilə telefonla danışdı

2022-11-21 17:21:00

Hikmət Hacıyev İsrail XİN-in rəsmisi ilə telefonla danışdı

Bu gün Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə İsrail XİN-in Baş direktoru Alon Uşpiz arasında telefon danışığı baş tutub.

Hurriyyet.az xəbər verir ki, bu barədə məlumatı İsrailin Azərbaycandakı səfiri Corc Dik öz rəsmi tviter hesabında paylaşıb.

Onun sözlərinə görə, söhbət zamanı Alon Uşpiz Azərbaycanın İsraildə səfirlik açması barədə qərarını alqışlayıb. 

Bununla yanaşı, tərəflər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi də aparıb. (qafqazinfo)


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.128216