Hikmət Hacıyev ermənilərin itə bomba bağlamasından yazdı

2023-09-11 23:23:29

Hikmət Hacıyev ermənilərin itə bomba bağlamasından yazdı

“Ermənistan silahlı qüvvələrinin və marionet rejiminin qanunsuz qüvvələrinin məsafədən idarə edilən bomba qoyulmuş itlərdən istifadə etməklə Azərbaycana qarşı növbəti əxlaqsız terror aktı. Əxlaqsızlıq sərhəd tanımır!”.

Hurriyyet.Az xəbər verir ki bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X”  sosial şəbəkə hesabında bildirib.

Xatırladaq ki, sentyabrın 11-i saat 08:30 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Ordumuzun Xocavənd rayonu istiqamətində döyüş növbətçiliyi aparan hərbi qulluqçularına qarşı itdən sui-qəsdçi kimi istifadə etməklə terror aktı törətməyə cəhd göstəriblər.

 

 

 

 

 


 

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.141827