Hicran Hüseynova BDU-dan xaric edilməsi barədə: - “Heç xəbərim yoxdur…”

2022-08-26 11:46:00

Hicran Hüseynova BDU-dan xaric edilməsi barədə: - “Heç xəbərim yoxdur…”

Xəbər verdiyimiz kimi, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev universitetdə dərs deyən bir qrup müəllimi işdən xaric edib. Həmin müəllimlərin sırasında Milli Məclisin deputatı, BDU-nun Diplomatiya və müasir inteqrasiya prosesləri kafedrasının müdiri Hicran Hüseynova da var.

Hurriyyet.az-ın məlumatına görə, H.Hüseynova Pravda.az-a açıqlamasında bildirib ki, universitetdən xaric edilməsindən xəbərsizdir: “Ümumiyyətlə, mənim bu məsələdən heç xəbərim yoxdur. Ona görə də bu barədə nəsə deyə bilmərəm”.

Qeyd: Hicran Hüseynova BDU-da “Müasir mərhələdə inteqrasiya prosesləri” və “Beynəlxalq münasibətlərdə lobbizm” fənlərindən dəsr deyir. O, 2006-cı ildən bəri universitetin “Diplomatiya və müasir inteqrasiya prosesləri kafedrasının müdiri” vəzifəsində çalışır.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.053148