Saat:04:11
Haqqımızda

"Heyf, "Biz Qarabağa həmişəlik daxil olduq, çıxmayacağıq" deyən Jirinovski bu günləri görmədi" - POLİTOLOQ

2024-04-18 12:36:00

"Rusiya bazalarının, hərbi kontingentlərinin Azərbaycanda varlığı dövrü geridə qaldı, bircə qaldı Ağdamda fəaliyyət göstərən Rusiya-Türkiyə birgə monitorinq mərkəzi, onun da fəaliyyətinə bir müddət sonra xitam veriləcək"

"Yaxşı yadımdadır, Rusiya hərbi kontingenti 10 noyabr 2020-ci ildə Qarabağa daxil olanda şovinist Vladimir Jirinovski Rusiya televiziya kanallarından birində bağırırdı: “Biz Qarabağa həmişəlik daxil olduq, çıxmayacağıq”. Heyf, Jirinovski bu günləri görmədi. Bizim aramızda da Rusiya hərbi kontingentinin Qarabağdan çıxmayacağına inananlar var idi. Mən hər zaman ümidli idim və hesab edirdim ki, 2020-ci il 10 noyabr bəyanatındakı “Rusiya hərbi kontingentinin 5 illik müddətinin bitməsinə 6 ay qalmış tərəflərdən biri xitam verərsə, sülhməramlılar bölgəni tərk etməlidirlər” bəndi Azərbaycanın xeyrinə işləyəcək". Hurriyyet.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu qeyd edib.

Politoloq bildirib ki, bu bəndi mətnə əlavə edən Azərbaycan Prezidenti İlham Əliyevin də məqsədi Rusiya hərbi kontingentinin Qarabağda qalma müddətini limitləşdirmək idi: "Rusiya hərbi kontingenti Qarabağa ayaq basan kimi ermənilər rus hərbçilərini gül-çiçəklə, tortla qarşılamışdılar. Onlar da Jirinovski kimi düşünürdülər ki, Rusiya hərbi kontingenti bölgədə əbədi qalacaq və separatizmə dəstək olacaq. 19 sentyabr 2023-cü il anti-terror əməliyyatı ermənilərin illüziyalarına son qoydu. Erməniləri Qarabağa 200 il əvvəl Rusiya imperiyası köçürmüşdü. Erməniləri silahlandıran da Rusiya imperiyası olmuşdu. SSRİ dövründə də Moskva erməniləri himayə edir və yenidənqurmanın son illərində yenidən onları silahlandırmışdı. Xocalı soyqırımında Rusiyaya bağlı tank alayı iştirak etmişdi. 2020-ci ilin sentyabrında Qarabağa ayaq basan rusiyalı hərbçilər yenə də keçmişdə olduğu kimi separatçılarla əlbir oldular, hərbi texnikalarını müşayiət edirdilər. Hamısı bitdi, Rusiya bazalarının, hərbi kontingentlərinin Azərbaycanda varlığı dövrü geridə qaldı, bircə qaldı Ağdamda fəaliyyət göstərən Rusiya-Türkiyə birgə monitorinq mərkəzi, onun da fəaliyyətinə bir müddət sonra xitam veriləcək".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.234833