Saat:18:44
Haqqımızda

Həyətindəki işıq dirəyi aşmaq üzrə olan Tovuz sakinindən “Azərişıq” rəhbərliyinə MÜRACİƏT - VİDEO

2025-04-23 15:22:43

Həyətindəki işıq dirəyi aşmaq üzrə olan Tovuz sakinindən “Azərişıq” rəhbərliyinə MÜRACİƏT - VİDEO

Tovuz rayonu, Alakol kənd sakini Babayev İlham Qulu oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi saytımız vasitəsilə “Azərişıq” rəhbərliyinə müraciət edir:

“Mən, Babayev Valeh İlham oğlu, yazaraq xahiş edirəm ki, mənə məxsus olan torpaq sahəmdə köhnədən qalma işıq dirəyinin yeri dəyişdirilsin. Bu dirək aşma təhlükəsi ilə üz-üzədir.

Bununla bağlı Tovuz rayon işıq idarəsinə müraciət etmişəm. Lakin indiyədək bir tədbir görülməyib.

“Azərişıq” rəhbərliyindən xahiş edirəm ki, məsələ ilə bağlı kömək etsinlər".

Qeyd edək ki, şikayətçinin müraciəti ilə əlaqədar “"Azərişıq" ASC-nin mətbuat xidməti ilə əlaqə saxladıq. Qurumdan bildirdilər ki, bununla bağlı tədbir görüləcək. 

Jalə FAMİLQIZI

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.175740