Saat:03:27
Haqqımızda

“Həyətimdə olan işıq dirəyinin çıxarılması üçün məndən pul tələb edirlər”- Kürdəmir sakinindən PREZİDENTƏ MÜRACİƏT

2024-10-25 10:42:18

“Həyətimdə olan işıq dirəyinin çıxarılması üçün məndən pul tələb edirlər”- Kürdəmir sakinindən PREZİDENTƏ MÜRACİƏT

Kürdəmir rayonu, Atakişili kənd sakini Rəsulov Habil Nizam oğlu tərəfindən Hurriyyet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi saytımız vasitəsilə Prezident İlham Əliyevə müraciət edir:

Cənab Prezident!

Yazaraq bildirirəm ki, Kürdəmir rayonu, Atakişili kəndində qeydiyyatda olmağıma baxmayaraq, evimin sənədlərini ala bilmirəm. Dəfələrlə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmişəm. Həyətimizin 1 metrliyindən keçən 10 kilovatlıq elektrik xəttinin  çıxarılması üçün məndən müəyyən qədər vəsait tələb olunur. Mən də o vəsaiti ödəyə bilmirəm, gücüm çatmır.

Məsələ ilə əlaqədar Kürdəmir rayon İcra Hakimiyyətinə müraciət etmişəm. Oradan mənə bildirirdilər ki, bizim büdcəmizdə vəsait olmadığı üçün elektrik xəttinin  çıxarılması xərcini özünüz ödəməlisiniz.

Mən heç yerdə işləmirəm. Anam Rəsulova Zöhrə Bayram qızı 2020-ci ildə vəfat etmişdir. Atam Rəsulov Nizam Möylam oğlu hazırda təqaüdçüdür, yataq xəstəsidir. Özümün də imkanım yoxdur ki, o vəsaiti toplayıb verim.

3 ədəd elektrik dirəyinin hər biri 10 kilovatlıqdır. 10 kilovatdan aşağı tok olmur. Yəni 110-luq deyil, Mingəçevirdən gələn vişka deyil, rayon daxilində olan ışıq  dirəyidir. “Azərişıq” 10 kilovatlıq 3 ədəd dirəyi həyətimizdən 3 metr çölə çıxarmır.

Özüm 44 günlük müharibənin könüllü iştirakçısı olmuşam. İcra başçısı və rayon Elektrik Şəbəkəsinin rəisi deyir ki, hara şikayət edirsən et, ödəniş etməsən onu çıxaran deyilik.

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsindən gəlib baxış keçiriblər. Deyiblər ki, 10  kilovata sənədləşmə üçün icazə veririk, həyətin çölünə çıxara bilərsiniz, orada yer var. Amma Kürdəmir rayonu Elektrik şəbəkəsinin rəisi Xalid müəllim bildirir ki, dirəyi yerindən tərpədə bilmərik. Torpağın sənədi var, sadəcə 1 il bundan qabaq biz evdə olmayan zaman 6 nəfər qonşunun işığını mənim qapımda olan həmin dirəyə bağlayıblar. Axı, bu, mənim ailəm üçün də təhlükəlidir. Harda görülüb ki, dirək evin içində ola?

Anam rəhmətə gedəndən evi bu səbəbdən atamın adına keçirə bilmirəm. Əgər bu ev Kürdəmir rayonuna məxsus deyilsə, başqa rayona verilsin.

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsindən deyirlər ki, Kürdəmir rayon Elektrik Şəbəkəsi bizə bildirsin ki, bizim heç bir narazılığımız yoxdur. Rəis Xalid müəllim isə deyir ki, dirək çıxmasa, sənəd vermirəm.

Cənab Prezident!

1 ildir yollarda qalmışam. İmkansızlıq ucbatından yaman günə düşmüşəm. İmkanım yoxdur ki, o dirəyi öz hesabıma çıxartdırım. Xahiş edirəm, mənə kömək edilməsi üçün tapşırıq verəsiniz.

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxlərin və qurumların mövqeyini dərc etməyə hazırıq.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.215417