Heydər Əliyevin iştirak etdiyi əməliyyat - AzTV-də film
.jpg)
Bu gün Azərbaycan Televiziyası (AzTV) və Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən “Heydər Əliyev İli” çərçivəsində birgə hazırlanan layihənin – “Konfidensial”ın ilk buraxılışı efirə gedəcək.
Hurriyyet.az xəbər verir ki, birinci hissə "Naturalist" əməliyyatına həsr olunub. Sözügedən əməliyyat Almaniya Federativ Respublikası vətəndaşı, “müstəqil jurnalist” V.B.-nin sovet xüsusi xidmət orqanına cəlb edilməsi haqqındadır.
Heydər Əliyev prosesdə şəxsən iştirak edib, “ikili agent” qismində çıxış edən alman vətəndaşla psixoloji kontakt yaradıb. Həmin söhbətin nadir fotoşəkli şərh olunacaq, məzmunu stenoqram sənədinə istinadən təqdim ediləcək.
Qeyd edək ki, sənədli silsilənin ilk buraxılışları Ulu Öndər Heydər Əliyevin şəxsi iştirakı və rəhbərliyi ilə Azərbaycan SSR DTK-da müxtəlif illərdə böyük müvəffəqiyyətlə həyata keçirilmiş əməliyyat tədbirlərinə həsr olunacaq. “Konfidensial”da istifadə olunan çoxgedişli kombinasiyaların mütərəqqiliyi göstəriləcək, beynəlxalq təcrübə ilə müqayisəli təhlillər aparılacaq, xüsusi xidmət orqanlarının məktəblərində peşəkarlıq nümunəsi kimi tədris olunan fəndlərdən danışılacaq. Sonrakı buraxılışlarda isə dövlət təhlükəsizliyinə təhdid olan müasir çağırışlar yer alacaq. Bura müxtəlif ölkələrin xarici xidmət orqanlarının ölkəmizdə həyata keçirmək istədiyi layihələrin məqsədi, əsl mahiyyətinin izahı daxildir.
“Konfidensial”ın ərsəyə gəlməsində Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətinin xüsusi rolu var. Layihənin rəhbəri Namiq Abdullayev, ssenari müəllifi və aparıcısı Rüfət Həmzəyev, quruluşçu rejissoru Elnur Məmmədov, operatorları Elburus Musayev və Cavid Əliyevdir.
yenisabah.az
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya