Saat:03:19
Haqqımızda

“Həyat yoldaşımın ölümündə Eldəniz Əliyev günahkardır” – BEYLƏQAN SAKİNİ “ZƏFƏRAN” KLİNİKASININ HƏKİMİNDƏN ŞİKAYƏTÇİDİR / Yenilənib

2023-05-04 12:19:00

“Həyat yoldaşımın ölümündə Eldəniz Əliyev günahkardır” – BEYLƏQAN SAKİNİ “ZƏFƏRAN” KLİNİKASININ HƏKİMİNDƏN ŞİKAYƏTÇİDİR / Yenilənib

Beyləqan rayon sakini Kərimova Rahilə İsa qızı tərəfindən Hurriyyet.az saytının redaskiyasına şikayət məktubu daxil olub. Şikayətçi həyat yoldaşının ölümündə “Zəfəran”Klinikasının həkimi Eldəniz Əliyevi günahlandırır. 
“Mən, Kərimova Rahilə İsa qızı, yazaraq sizə bildirirəm ki, yoldaşımın ölümünə səbəb olan həkim azadlıqda gəzir. 08.04.2023-cü ildə bizi Bakı şəhəri Yasamal Rayon Prokurorluğunda Yusif Umudovun qəbulunda olduq. Bizə bildirdi ki, gözünüz aydın, məhkəmə tibb eksperti işə sizin xeyrinizə xitab verib.

Sənəddə rüşvət və dərmanların pullarının ödənilməsi yazılmışdı. Yusif Umudova inanıb, məhkəmənin vaxtını gözləməyə başladıq. 18.04.2023-cü ildə bizə məhkəmədən məktub gəldi. Məktubda ekspert rəyinin tam əksi, "həkim səhlənkarlığının olub-olmadığı aydınlaşdırılacaq" yazılmışdı.

Kasıb ailəyik, 4 uşaq anasıyam. Müraciətimlə bağlı mənə köməklik göstərməyinizi xahiş edirəm. Bu gün, sabah məhkəmə qərar verəcək ki, həkim səhlənkarlığı da olmayıb. Beləliklə, yoldaşımın qanı batacaq”.

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları çəkilən şəxslərin mövqeyini dərdc etməyə hazırıq.

***

2023-01-25 15:53:00

Beyləqan rayon sakini Kərimova Rahilə İsa qızı tərəfindən Hurriyyet.az saytının redaskiyasına şikayət məktubu daxil olub. Şikayətçi həyat yoldaşının ölümündə “Zəfəran”Klinikasının həkimi Eldəniz Əliyevi  günahlandırır.

Şikayətçinin bizə göndərdiyi video-müraciəti olduğu kimi oxuculara təqdim edirik:

 

Jalə FAMİLQIZI

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR