Saat:06:38
Haqqımızda

Həyat yoldaşı generalı məhkəməyə verdi

2024-03-30 12:38:55

Həyat yoldaşı generalı məhkəməyə verdi

Həyat yoldaşı Fövqəladə hallar nazirinin müavini, general Faiq Cavad oğlu Tağı-Zadəni məhkəməyə verib.

Hurriyyet.az unikal-a istinadla xəbər verir ki, Dilarə Məmməd qızı Tağı-Zadə ər-arvad arasında əmlakın bölünməsi ilə əlaqədar Səbail Rayon Məhkəməsinə müraciət edib. Hakim Şahin Abdullayevin sədrliyi ilə keçirilən məhkəmə prosesi aprel ayının 2-nə təyin olunub. Keçiriləcək məhkəmə prosesində Dilarə Tağı-Zadə iddiaçı, Faiq Tağı-Zadə isə cavabdeh qismində tanınıb.

Xatırladaq ki, Faiq Tağızadə ötən ilin oktyabr ayında infarkt keçirib və ürəyinə stent qoyulub.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.197842