Hərəkət etmədən də arıqlamaq olar - Həkim məsləhəti

2022-09-07 19:32:00

Hərəkət etmədən də arıqlamaq olar - Həkim məsləhəti

Sübut olunub ki, artıq kaloriləri marafona çıxmadan, yataqda yatarkən də yandırmaq olar.

Bəs orqanizmi yağları daha aktiv yandırmağa necə məcbur etmək olar?

Hurriyyet.az xarici KİV-ə istinadən xəbər verir ki, amerikalı həkim Kristoffer Yoner orqanizmi "işə salmağın" ən sadə yolları barədə bir neçə məsləhət verib.

"Səhərlər kofe əvəzinə yaşıl çay için. Yaşıl çayın tərkibindəki antioksidantlar metobolizmi sürətləndirir. Buna görə, hətta dincələn zaman belə kalori yandırırsınız.

Yüzlərlə araşdırmalar göstərib ki, adi su içmək metobolizmin sürətini 30 faiz artırır.
İnsanlar çox zaman susuzluğu aclıqla səhv salırlar. Əgər acan zaman su içsəniz, bu artıq yeməklə yüklənmənin qarşısını alar.

Əgər arıqlamaq istəyirsinizsə, vücudunuzu düz saxlayın, düzgün tutulmuş vücud yağların yandırılmasına ximət edir. Məsələn, gün ərzində qarnınızı içinizə çəkərək yeriməyə cəhd etmək elə bir növ qarın əzələsini idman etdirmək deməkdir. Çalışın onurğa sütununuz düz dayansın", - deyə doktor tövsiyə edib. \\Lent.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.067816