Saat:15:26
Haqqımızda

Hərbiçilərin maaşları haqda qərar verildi

2025-11-12 12:25:22

Hərbiçilərin maaşları haqda qərar verildi

Müdafiə Nazirliyinin hərbi qulluqçularının aylıq vəzifə (tarif) maaşlarının məbləğlərində dəyişikliklər edilib.

Hurriyyet.az xəbər verir ki, Baş nazir Əli Əsədov “Azərbaycan Respublikası Мüdafiə Nazirliyinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının və hərbi qulluqçularının hərbi rütbəyə görə maaşlarının məbləğlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 25 aprel tarixli 138 nömrəli Qərarında dəyişiklik edilməsi barədə “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi haqqında Əsasnamənin, Nazirliyin strukturunun, hərbi qulluqçularının və mülki işçilərinin ümumi say tərkibinin və Nazirlikdə ali hərbi rütbəli vəzifələrin siyahısının təsdiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 18 dekabr tarixli 54 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 19 iyun tarixli 417 nömrəli Fərmanının 2-ci hissəsinin icrasını təmin etmək məqsədilə qərar imzalayıb.

Qərara əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 25 aprel tarixli 138 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025, № 4 (II kitab), maddə 425) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının aylıq vəzifə (tarif) maaşlarının məbləğləri”ndə dəyişikliklər təsdiq edilib.

Bu Qərarın əlavəsinin 20-ci və 43-cü hissələri, 1.1-ci, 1.2-ci, 1.5-ci, 13.3-cü, 15.1-ci, 15.2-ci, 15.3-cü, 15.6-cı, 15.8-ci, 15.9-cu, 15.10-cu, 42.1-ci, 47.1-ci, 48.2-ci, 49.2-ci, 54.1-ci, 65.2-ci və 65.4-cü bəndləri 2025-ci il avqustun 1-dən tətbiq edilir.