Hərbi xidmətlə bağlı qanun DƏYİŞİR

2022-09-12 17:38:00

Hərbi xidmətlə bağlı qanun DƏYİŞİR

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçiriləcək. 

Hurriyyet.az xəbər verir ki, sentyabrın 16-na planlaşdırılan iclasın günmdəliyinə aşağıdakı məsələlər daxil edilib: 

1.Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin Milli Məclisin 2022-ilin yaz  sessiyası dövründə gördüyü işlər barədə hesabatı.

2. Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin Milli Məclisin 2022-cilin payız sessiyası üçün nəzərdə tutulan iş planı haqqında.

3. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

4. “Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası qanununun layihəsi  (birinci oxunuş).

5. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

6. “Azərbaycan Respublikasının 1995-ci il 10 yanvar tarixli 947 nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi qulluqçuların dövlətə vurduqları ziyana görə maddi məsuliyyəti haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

7. “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında hərbi-texniki əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası qanununun layihəsi.

yenisabah.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.000119