Hərbi xidmətə çağırılan ilk erməni qadın - Paşinyan onu mükafatlandırdı - FOTOLAR
2024-01-29 17:44:16

Ermənistanın Baş naziri Nikol Paşinyan ilk qadın çağırışçı Milena Yenokyanı mükafatlandırıb.
Hurriyyet.az xəbər verir ki, Milena Yenokyan Ermənistanda altı aylıq hərbi xidmətə çağırılan ilk qadın olub.
Yenokyan vətənin təhlükəsizliyinin və müdafiəsinin təmin edilməsində xidmətlərinə görə Ermənistan Respublikasının Baş nazirinin xatirə medalı ilə təltif edilib.
Təltiflə bağlı qərar Ermənistanın Ordu Günü münasibətilə imzalanıb.
modern.az
