“Hərbi xidmətdə olmuşam, ali təhsilim olduğu halda mən niyə işsiz qalmalıyam?” – NAXÇIVAN SAKİNİ

2023-01-12 12:34:00

“Hərbi xidmətdə olmuşam, ali təhsilim olduğu halda mən niyə işsiz qalmalıyam?” – NAXÇIVAN SAKİNİ

Naxçıvan şəhər sakini Abdullayev Rafiq İlkin oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, hərbi hissəni başa vurduqdan sonra , onun hərbi biletinə “17 ÇA 4” maddəsi qeyd olunub.

“Mən, Abdullayev Rafiq İlkin oğlu, 1999-cu ildə Naxçıvan  şəhərində anadan olmuşam. 2016-cı ildə məktəbi bitirib, Naxçıvan Dövlət Universitetinin Pedaqoji fakultəsinə əyani qəbul olmuşam. 2019-cu ildə univeristetdi dondurub, həmin ilin yanvar ayında hərbi xidmətə getmişəm və 2020-ci iln iyul ayında hərbi xidməti bitirmişəm. 

Hərbi xidməti bitirdikdən sonra universiteti qiyabi davam etdirirəm. Hal-hazırda 5-ci kurs tələbəsiyəm. Əsgərliyə gedib-gəlmişəm, ali təhsilliyəm, amma heç bir yerdə iş tapa bilmirəm. Daha doğrusu, dövlət məni işlə təmin etmir. Hərbi xidmətə çağırış vaxtı yoxlanışdan keçərkən qolumun çiyin hissəsində kəsik var idi. Orada məndən soruşulan zaman dedim ki, ehtiyatsızlıqdan olub. Bu səbəbdən, məni psixi dispanserə yoxlanışa göndərdilər. Oradan mənə sağlamlıq kağızı verdilər. Beləliklə əsgərliyə getdim.

Əsgərliyi bitirdim, hərbi biletimə “17 ÇA 4” maddəsini qeyd etdilər. Müraciət etmədiyim orqan qalmıyıb. Daxili İşlər Nazirliyinə müraciətim zaman oradan da dedilər ki, get hərbi biletindəki maddəni düzəltdir, yoxsa səni işə götürə bilmərik. Psixi dispanserin baş həkimi Rəşad həkimin yanına getdim, o da dediki bizlik deyil, biz sənə sağlamlıq kağızı vermişik. Mənə məsləhət gördülər ki, get Səfərbərlik və Hərbi Xidmətə çağırış məntəqəsinə. Orada getdim, sənədlərə baxdılar, amma bizlik deyil dedilər. Mən neyniyim, kimə, hara müraciət edim, bilmirəm. Hərbi xidmətdə olmuşam, ali təhsilim olduğu halda mən niyə işsiz qalmalıyam? Çox xahiş edirəm sizlərdən müraciətimi işıqlandırın”.

Jalə FAMİLQIZI


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.144880