Saat:03:18
Haqqımızda

Hərbi xidmət zamanı travma alan hərbçi əlillik dərəcəsi verilməməsindən ŞİKAYƏTÇİDİR - FOTO

2025-04-22 13:40:56

Hərbi xidmət zamanı travma alan hərbçi əlillik dərəcəsi verilməməsindən ŞİKAYƏTÇİDİR - FOTO

Daşkəsən rayon sakini Muradov Eldəniz Vaqif oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. E.Muradov siz olmasından və əlillik dərəcəsi verilməməsindən şikayətçidir:

“Mən, Muradov Eldəniz Vaqif oğlu, yazaraq bildirirəm ki, çarəsiz vəziyyətdəyəm. 2016-cı il iyun ayının 3-də Azərbaycan Ordusunda müddətdən artıq hərbi qulluqçu kimi xidmət etmişəm. 2018-ci ildə “Azərbaycan Ordusunun 100 illiyi medalı" ilə təltif olunmuşam.

2017-2019-cu illərdə Azərbaycan ordusunun sülhməramlı taborunun heyət üzvü olaraq, qardaş Türkiyə Silahlı Qüvvələrinin  tərkibində Əfqanıstanda keçirilən NATO Qətiyyətli Sülhməramlı missiyasında xidmət etmişəm. NATO-nun medalı ilə də təltif olunmuşam.

Hərbi xidmət zamanı ağır travma almışam. Dəfələrlə hərbi hospitalda yatmışam. Lakin səhhətimdə heç nə dəyişməyib. 2022-ci ilin aprel ayında hərbi həkim komissiyasının qərarı ilə məhdud yararlı” olaraq qiymətləndirilərək, ordu sıraralarından tərxis edilmişəm. Əlillik üçün müraciətlərimə də imtina cavabı almışam.

İş üçün hansı quruma müraciət edirəmsə, işə götürmürlər. Elə xəstəlik yazırlar ki, insana tək çarə ölüm yolu görsənir.

İş yox, hansısa müavinət ala bilmirəm. Mənim kimi çarəsiz qalan vətəndaşlar hara, kimə müraciət etməlidir? Ancaq gərək xaricə köçüb gedəm ki, orada mənə qoyulan diaqnoz etibarsız sayılsın.

Jalə FAMİLQIZI

Redaksiyadan: Mövzunu araşdıracağıq. Aidiyyəti qurumların da mövqeyini dərc etməyə hazırıq.