Saat:15:03
Haqqımızda

"Hərbi xidmət müddəti hər kəs üçün 6 aya qısaldılsın" - İLQAR MƏMMƏDOV

2024-02-02 11:14:22

"Heç xidmət etmək istəməyən xüsusi vergi ödəsin və ən yaxın zamanda peşəkar orduya keçid təmin edilsin"

"6 aya əsgər hazırlamaq mümkündürsə, orduda xidmət müddətini hər kəs üçün indiki 1-1,5 ildən 6 aya endirməliyik. Heç 6 ay da xidmət etmək istəməyən vətəndaş isə rəsmi ödəniş əsasında hərbi xidmətdən tamamən azad olunsun. Ümumi təsəvvürü yaransın deyə 1 aylıq təlim keçə bilər, vəssalam". Hurriyyet.az xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (REAL) sədri İlqar Məmmədov qeyd edib.

Partiya sədrinin sözlərinə görə, canında və ağlında vuruşmaq yoxdursa, bəlkə qeyd olunan müddət də artıqdır: "İndi baxaq görək, YAP-çı deputat Elnur Allahverdiyev Milli Məclisdə nə deyib. Deyib ki, xidmət müddəti 1-1,5 il qalsın, amma onu 6 ya da 2 aya endirmək istəyən vətəndaş müəyyən rəsmi ödəniş əsasında xidmətdən azad olunsun. Fərqi hiss edirsiniz? Ticarət təfəkkürü və bacarığı ilə tanınan adamları dartıb siyasətə gətirəndə, onlar ordunun qapısına da qiymət lövhəsi asarlar. Yaşadığım seçki dairəsinin deputatına izah etməyə məcburam ki, orduda xidmət ancaq və ancaq hərbi hazırlıq məqsədinə qulluq etməlidir. Bu hazırlığa 6 aya nail olmaq mümkündür? Bəli, mümkündür. Onda əlavə 6 aya görə kimsə niyə pul ödəsin? Bizim mövqeyi təkrar edirəm: Birincisi, hərbi xidmət müddəti hər kəs üçün 6 aya qısaldılsın. İkincisi, heç xidmət etmək istəməyən xüsusi vergi ödəsin. Üçünücüsü isə ən yaxın zamanda peşəkar orduya keçid təmin edilsin".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.228306