Saat:03:45
Haqqımızda

Hərbi Qənimətlər parkındakı kuklalar yığışdırılıb?

2021-10-20 19:42:00

Hərbi Qənimətlər parkındakı kuklalar yığışdırılıb?

Ermənistan İctimai Televiziyasının iddiasına və sosial mediada yayılmış məlumatlara görə, Bakıdakı Hərbi Qənimətlər parkında erməni əsgərlərinin kuklaları və dəbilqələr eksponatlar arasından çıxarılıb.

Bu haqda Toplum TV-nin sualını cavablandıran millət vəkili Fazil Mustafa mövzu barədə bilgisi olmadığını deyib:

“Amma heç nəyi götürmək lazım deyil. Biz sadəcə teatral görüntüdə onların vəhşiliyini göstərmişik. Burada nə var ki? Biz hansısa mülki şəxsi qətliama məruz qoymamışıq ki. Gəncədə, Bərdədə bunlar mülki şəxsləri qətl etdilər. Ona görə də onların heç birinin bu məsələdə bizə irad bildirmək üçün əsası yoxdur. Biz onların təkidi ilə nəyisə götürməməliyik. Bilgim yoxdur. Amma belə bir şey varsa, yalnış addımdır, heç nəyi götürmək lazım deyil”. \\Konkret

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR