Hərbi Prokurorluğun 4 əməkdaşı məsuliyyətə cəlb olundu

2022-07-21 16:31:00

Hərbi Prokurorluğun 4 əməkdaşı məsuliyyətə cəlb olundu

2022-ci ilin birinci yarısında xidməti fəaliyyətində yol verdikləri nöqsanlara və pozuntulara görə Hərbi Prokurorluğun 4 əməkdaşı intizam məsuliyyətinə cəlb olunub.

Hurriyyet.az xəbər verir ki, bu barədə Hərbi Prokurorluqda 2022-ci ilin birinci yarısına dair kollegiya iclasında hərbi prokuror Xanlar Vəliyev bildirib.

"Hərbi Prokurorluq orqanlarında xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi də diqqət mərkəzində saxlanılıb, bu sahədə aşkar olunan hər hansı nöqsan və pozuntuya qarşı prinsipiallıq mövqeyindən yanaşılmaqla müvafiq tədbirlərin görülməsi təmin edilib", - deyə, o, əlavə edib.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.052246