“Hərbi məğlubiyyətə yaxınlaşırıq...” - Qirkin yeni siyasi təşkilat yaratdı

“Təəssüf ki, cəbhədəki vəziyyət bütün ölkə üzrə vəziyyətə olduqca neqativ təsir göstərir. Qorxmadan deyə bilərəm ki, hərbi məğlubiyyətə doğru hərəkət edirik”.
Hurriyyet.az xəbər verir ki, bunu Donbasdakı separatçılıq hərəkatının ilk liderlərindən biri, sabiq FTX polkovniki İqor Qirkin(Strelkov) bildirib.
Qirkin bir neçə imperiyaçı, separatçı və və şovinist “silahdaşları” ilə birgə “Qəzəbli vətənpərvərlər klubu” adlı təşkilat yaratdıqlarını bəyan edib. Ukraynanın vətənə xəyanətdə günahlandırdığı Pavel Qubarev və təbliğatçı Makism Kalaşnikovun da qatıldığı siyasi təşkilat Rusiya qanunları çərçivəsində mübarizə aparacağını bəyan edib.
Təşkilatı təqdim edən Qirkin öz “manifestində” bildirib: “Biz uzun üzücü müharibəyə girişdik, hansına ki, bizim iqtisadiyyatın tamamilə hazır olmadığı məlum oldu. Ona həm ordunun, həm də siyasi sistemin hazır olmadığı üzə çıxdı”.
azpolitika.info
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya