Hərbi ekspert: "Azərbaycan XTQ-ləri dünya sıralamasında ilk beşlikdədir"

2023-01-07 22:29:00

Hərbi ekspert:

Azərbaycan hərbi gücünə görə dünya miqyasında 57-ci sırada yer tutub.

Hurriyyet.az xəbər verir ki, bu barədə hərbi sahədə ixtisaslaşmış “Global Firepower” portalı məlumat yayıb.
2023-cü ildəki beynəlxalq reytinqə görə Azərbaycan 145 ölkə arasında 57-ci yerdə qərarlaşıb. Gürcüstan reytinqdə 85-ci, Ermənistan 94-cü yerdədir. Siyahıda ilk üçlükdə ABŞ, Rusiya və Çin silahlı qüvvələri yer alıb. Qardaş ölkə Türkiyə 11-ci sıradadır. 

Dövlətimiz və Ordumuz üçün çox mühüm hadisə olan bu uğurla bağlı Yenilik.az olaraq hərbi ekspert Ədalət Verdiyevin münasibətini öyrəndik. Ə.Verdiyev Yenilik.az-a açılamasında bildirdi ki, "Hərbi sahədə ixtisaslaşmış “Global Firepower” portalının  ötən il üçün dünya ordularının reytinq siyahısında Azərbaycan Ordusunun 57-ci yerə qalxması heç də təsadüfi deyil. Bəzi parametrlərdə bu göstəricilər daha da yüksəkdir. Məsələn Azərbaycan XTQ-ləri ən pessimist variantda dünya sıralamasında 5-ci yerdən aşağıda deyil. Quru qoşunlarımız isə ilk 30-luqda yer alır. Nəticə etibarilə bu Azərbaycan ordusunun ötən il ərzində həyata keçirdiyi əməliyyatlar və komando hissələrinin yaradılması ilə bağlıdır. Bundan başqa Azərbaycan Ordusu öz döyüş potensialını kifayət qədər gücləndirib, yeni silahların alınması və birgə silahların istehsalı üzrə yeni müqavilələr imzalanıb. Dövlət tərəfindən müdafiə və təhlükəsizlik xərcləri 4,6 %, ümumilikdə isı hüquq-mühafizə və təhlükəsizlik xərcləri 6,6 % artırılıb. Bu fəaliyyət Azərbaycan Ordusunun döyüş qabiliyyətinin yüksəlməsi ilə nəticələnib."

Ötən il Azərbaycan Ordusunun həmin reytinq siyahısında 63-cü yerdə olduğunu xatırladan Ə.Verdiyev qeyd edib ki, "Nəticə etibarilə Azərbaycan təhlükəsizlik və müdafiə məsələlərini prioritet olaraq qəbul edir və bu regionun lider dövləti olan Azərbaycanın mövqeyinin qorunması üçün hərbi xərclərin artırılması çox vacibdir. Ümid edirəm ki, bundan sonrakı dövrdə də Azərbaycan müdafiə və təhlükəsizlik xərclərində qənaətə yol verməyəcək, silahlı qüvvələrin təchizatı üçün, azad olunmuş ərazilərin etibarlı şəkildə mühafizəsi üçün tələb olunan və zəruri olan bütün addımları atacaq və bunun üçün heç bir xərcdən çəkinməyəcək. 

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.171987