Saat:17:13
Haqqımızda

Hərbi təyyarələr toqquşdu 1 ölü 1 yaralı...

2024-06-03 13:30:41

Hərbi  təyyarələr toqquşdu 1 ölü 1 yaralı...

Hurriyyet.az

Portuqaliyada hərbi hava limanında keçirilən nümayiş zamanı iki təyyarə havada toqquşub, bir pilot ölüb.

Portuqaliya Hərbi Hava Qüvvələrindən (PAF) verilən açıqlamada Beja hərbi hava limanında nümayiş uçuşu zamanı iki təyyarənin havada toqquşduğu bildirilib.

Açıqlamada təyyarələrdən birinin pilotunun öldüyü, digərinin isə yüngül yaralandığı qeyd edilib.

 Tamaşaçılar tərəfindən lentə alınan və sosial şəbəkədə paylaşılan görüntülərdə nümayiş uçuşunda iştirak edən 6 təyyarədən birinin əvvəlcə səmaya endiyi, daha sonra digər təyyarə ilə toqquşaraq alovlanaraq yerə çırpıldığı görünür.

Portuqaliyanın ən böyük hava şousu olan və iyunun 1-də başlayan Beja AirShow tədbiri qəzadan sonra dayandırılıb.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.249064