Hərbçimiz həlak olub
2024-07-15 20:49:50
Azərbaycan Ordusunun hərbi qulluqçusu Abbasov Yunis Vasif oğlu bədbəxt hadisə nəticəsində həlak olub.
Hurriyyet.az xəbər verir ki, bu barədə qafqazinfo-ya MN-dən bildirilib.
“Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir” , - məlumatda qeyd olunub.
Allah rəhmət eləsin!
