Hərbçimiz bədbəxt hadisə nəticəsində həlak oldu
2023-09-15 22:10:20

Azərbaycan ordusunun hərbçisi həlak olub.
Hurriyyet.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib.
“Azərbaycan Ordusunun hərbi qulluqçusu Ağayev Rüfət Xanəhməd oğlunun silahla davranış qaydalarının kobud şəkildə pozulması nəticəsində açılan atəşdən vəfat etməsi ilə bağlı faktı təsdiq edirik” - məlumatda deyilir.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Ağayev Rüfət 15 ayın əsgəri olub. Hazırda Bakının Binə qəsəbəsində yerləşən qəbiristanlıqda onun dəfn mərasimi keçirilir.
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya