Hərbçilərlə görüş zamanı Poroşenkonun başı üzərindən raket uçdu - VİDEO
2022-12-16 23:02:00

Ukraynanın sabiq prezidenti Pyotr Poroşenkonun Ukrayna Silahlı Qüvvələrinin əsgərləri ilə görüşü zamanı onların üzərindən raket uçub.
Hurriyyet.Az xəbər verir ki, videonu eks-dövlət başçısının özü Facebook səhifəsində yayımlayıb.
Onun sözlərinə görə, hər bir belə zərbə Ukrayna hərbçilərini döyüşləri davam etdirməyə sövq edir.
“Başımızın üzərindən düşmən raketi uçdu. Sakitləşməyəcəklər, anlaya bilmirlər ki, hər raket zərbəsi bizi və ordumuzu gücləndirməyə, qurban verməyə, Ukrayna Silahlı Qüvvələrinə qoşulmağa və yorulmadan işləməyə məcbur edir”, – deyə Ukraynanın keçmiş prezidenti yazıb.
Konkret.Az
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya