Saat:04:58
Haqqımızda

Hərbçilərimizin Xocalıda erməni fotoaparatı ilə çəkdiyi şəkillər təəccübləndirdi - Fotolar

2021-09-15 22:42:00

Hərbçilərimizin Xocalıda erməni fotoaparatı ilə çəkdiyi şəkillər təəccübləndirdi - Fotolar

44 günlük Vətən müharibəsində iştirak etmiş Müsavat Partiyasının başqan müavini, ehtiyatda olan zabit Fərəc Kərimli müharibə zamanı yaşadığı maraqlı hadisəni sosial şəbəkə hesabında paylaşıb.

F. Kərimli qeyd edib ki, müharibə vaxtı hərbçi silahdaşları ilə birgə Xocalının Çanaqçı kəndində köhnə bir fotoaparat tapıblar:

“İmkan olduqca şəkillər çəkirdik. Müharibədən sonra ölkəni bir-birinə vurub lentdən şəkil çıxardan yer tapıblar. Şəkillər çıxanda məlum olub ki, ermənilərin şəkil çəkdirdiyi lentin üstündən çəkmişik. O boyda zülmlə aparatı qoruyub gətir, axırı da belə olsun…”.

Qeyd edək ki, F. Kərimli Füzuli, Xocavənd, Xocalının bir neçə kəndi və Şuşa uğrunda gedən döyüşlərdə iştirak edib. O, Prezidentin sərəncamı ilə "Vətən uğrunda" medalına layiq görülüb. \\Qafqazinfo

 







1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR