Saat:12:43
Haqqımızda

Hərbçilərimiz Şuşaya girmək istəyən sülhməramlıların maşınını SAXLADI - Ermənilər ŞOKDA

2021-09-21 20:41:00

Hərbçilərimiz Şuşaya girmək istəyən sülhməramlıların maşınını SAXLADI - Ermənilər ŞOKDA

Bu yaxınlarda Azərbaycan hərbçiləri Şuşaya girən rus "UAZ" maşınını dayandırıb.

Azərbaycan tərəfinin maşında yoxlama apararması Rusiya əsgərləri narahat edib. Bildirilib ki, onların artıq bir ilə yaxındır Qarabağda olmasına baxmayaraq, Azərbaycan əsgərləri onları ilk dəfə yoxlayır.

Sözügedən proses KİV-in Ermənistan seqmentində ciddi etiraz və narahatlığa səbəb olub.

Onlar bildirib ki, sülhməramlıların eks-komandanı Rüstəm Muradovun gedişindən sonra yeni təyin olunan general-mayor Mixail Kosobokovun kontingentə rəhbərlik etməsi Azərbaycanın "xeyrinədir".

Lakin erməni kütləsi bilməlidir ki, onlardan fərqli olaraq istənilən rus silahlısının öz torpağında olmasını istəmir. Azərbaycanın xeyrinə olan yalnız sülhməramlılarsız və erməni diversantlarından təmizlənmiş Qarabağdır. \\Unikal.org

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR