Saat:07:09
Haqqımızda

Hərbçilər İrandan narkotik keçirən şəxsin qarşısını aldılar – Fotolar

2024-02-09 17:30:38

Hərbçilər İrandan narkotik keçirən şəxsin qarşısını aldılar – Fotolar

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə DSX məlumat yayıb.

Bildirilib ki, araşdırma zamanı saxlanılan şəxsin Kürdəmir rayon sakini 1967-ci il təvəllüdlü Abuşov Elxan olduğu müəyyən edilib.

“Əraziyə baxış zamanı ümumi çəkisi 11 kiloqram 700 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.

Fakt üzrə araşdırma tədbirləri davam etdirilir”.

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR