Saat:08:55
Haqqımızda

Hər yerdə "türk agenti" axtaran erməni deputatın Türkiyədə böyük biznes şirkəti üzə çıxdı - VİDEO

2022-01-19 19:54:00

Hər yerdə

 

Ermənistanla Türkiyə arasında uçuşlar fevralın 2-dən fəaliyyətə başlayacaq.


Erməni mediası yazır ki, bunun fonunda Ermənistan parlamentində maraqlı hadisələr yaşanıb. Müxalifətçi deputat Ripsime Stambulyan buna görə parlamentdə bəzi deputatları “türk agentləri” adlandıraraq qalmaqala səbəb olub. Həmin Ripsimenin Türkiyədə böyük şirkəti olduğu üzə çıxıb.

Bu gün iqtidaryönlü deputat Vaqarşak Akopyan isə bildirib ki, Stambulyan Türkiyədə ermənilərin istirahətini təşkil etməklə pul qazanan “Anriva Tour” turizm şirkətinin sahibidir.

Belə çıxır ki, hər yerdə türk agentləri görən “Hayastan” blokundan deputat Ripsime Stambulyanın bu məsələdə öz biznes maraqları var.

Yəni sərhədlərin açılması halında müntəzəm uçuşlar və s. onun biznesini itkilərə məruz qoyacaq, ona görə də o, bu qədər təlaş keçirir.

“Adamlar öz biznes maraqlarını təşviq etmək üçün mandat alıblar, parlamentə ölkəni xilas etmək üçün gəlməyiblər. Bir tərəfdən bu gülməli olsa da, digər tərəfdən ağlamalıdır”, – KİV yazıb.


 

Mənbə: Turkustan.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR