Saat:14:18
Haqqımızda

"HƏR ŞEY YAXŞI OLACAQ" - Toğrul Azəroğlu yazır

2024-12-28 14:34:21

Yaman şübhəli işdir

Bu raketdir, ya quşdur?

Bilmirdik son uçuşdur.

Gözlərimiz dolacaq

"Hər şey yaxşı olacaq"

 

Bilmirdi öz səsiylə

Verdiyi nəfəsiylə

Qəzada ölməsiylə

Qəlblərə od salacaq

"Hər şey yaxşı olacaq"

 

Bu fələk gərdişidir?

Yox! Rusiyanın işidir

Çoxdankı vərdişdir

O Xəzərə dalacaq

"Hər şey yaxşı olacaq"

 

Zülm etdiyin o xanlar

Axıtdığın o qanlar

Şəhid olan insanlar

Səndən hesab soracaq

"Hər şey yaxşı olacaq"

 

Hay'a yardım paketi

“İskəndər M” raketi

Budurmu nəzakəti?

Haqq yerini bulacaq

"Hər şey yaxşı olacaq"

 

Bir gün gələr ədalət

Qarşısında xəcalət

Olacaqsan rəzalət

Bu tarixdə qalacaq

"Hər şey yaxşı olacaq"

Toğrul AZƏROĞLU

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.279489