“Hər kəsə tam təmirli, 3-4 otaqlı evlər verilib, mənə isə…” - Qarabağ müharibəsi iştirakçısı aldadıldığını deyir… / FOTOLAR

2022-12-09 13:22:00

“Hər kəsə tam təmirli, 3-4 otaqlı evlər verilib, mənə isə…” - Qarabağ müharibəsi iştirakçısı aldadıldığını deyir… / FOTOLAR

İsmayıllı rayonu, Lahıç qəsəbəsi sakini Məmmədov Nasur Əjdər oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Nasur Məmmədov I Qarabağ müharibəsi iştirakçısı və I qrup əlildir. 4 övladı var, 3-ü ali təhsilli, biri isə orta məktəbdə oxuyur.

“Mənə növbədənkənar 2 otaqlı ev verilib, amma mən biməmişəm ki, bu ev növbədənkənardır”, - deyən şikayətçi yazır:

“I qrup əlil və 4 övlad atası olaraq sizdən xahiş edirəm ki, , mənim səsimi Prezidentə çatdırın. Müharibə iştirakçılarına ailə üzvlərinin sayına görə, tam təmirli, 3-4 otaqlı evlər, mənə isə natamam tikilmiş 2 otaqlı ev verilib. 13 ildi növbədəyəm. Bilirəm ki, göndərdiyim şikayət ərizələrinin prezidentə çatmağına imkan vermirlər.

Mən Vətənim üçün canımı fəda edən insanlardanam. Kimlərsə məni aldadıb, şəraiti olmayan bir ev veriblər. Nə olar ki, təzədən araşdırılıb, haqqım olan evi mənə verələr. 3 uşağm Bakı şəhərində ali təhsil alır, kirayədə qalırlar.

Məni məcbur edirlər ki, bir köhnə maşınım var, 2011-ci ildə verilib, onu gətirib Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qabağında yandırım. Kİmlərsə mənim haqqımı yeyir. Prezidentə əlimizin çatmasına da imkan vermirlər. Bəlkə ölüm hadisəsi törədək, bizi onda görsünlər…”

Jalə FAMİLQIZI

Redaksiyadan: Mövzunu araşdıracağıq.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.133097