Saat:04:42
Haqqımızda

“Hər iki tərəf istədiyinə nail olub...” - “Nə Bakının, nə də İrəvanın...”

2024-02-10 12:09:19

“Hər iki tərəf istədiyinə nail olub...” - “Nə Bakının, nə də İrəvanın...”

“Ermənistanla Azərbaycan arasında böyük münaqişə riskini görmürəm”. 

Hurriyyet.az xəbər verir ki, bunu tanınmış rusiyalı politoloq, Rusiyanın Xarici və Müdafiə Siyasəti Şurasının Rəyasət Heyətinin sədri Fyodor Lukyanov Ermənistan mətbuatına verdiyi müsahibədə deyib.

Rusiyalı politoloq hesab edir ki, həm Azərbaycan, həm də Ermənistan rəhbərliyi öz istəyinə nail olub: "Mənə elə gəlir ki, nə qədər qəribə səslənsə də, hər iki tərəf öz istədiklərinə nail olub".

Onun sözlərinə görə, Ermənistan “uzun vaxt öhdəsindən gələ bilmədiyi” qeyri-müəyyənlikdən azad olub. Lukyanov qeyd edib ki, münaqişəyə cəlb edilən sıravi insanlar bu baş verənlərdən əziyyət çəksələr də, dövlətlər öz problemlərini həll ediblər.

Onun sözlərinə görə, Ermənistan və Azərbaycan son dərəcə təlatümlü çevrəyə malikdir: “Bu vəziyyətdə tərəflərin hansısa münaqişəyə baş vurması o qədər də ağlabatan deyil. Mən nə İrəvanda, nə də Bakıda avantüristlər görmürəm. Onların münaqişəyə ehtiyacı yoxdur”.

AzPolitika.info

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.198633