Hər gün pivə içmək infarkta səbəb olur - Həkim
2022-08-18 22:14:00
Pivəsevərlər bu içkinin necə zərər verə biləcəyini qəbul etmir. Amma son zamanlar pivə səbəbindən infarkt halları qeydə alınıb.
Həkim narkoloq Sergey Çarev hər gün pivə içməyin 3 zərərini açıqlayıb.
Getdikcə təzyiq problemi olur və ürəyin işemik xəstəliyi inkişaf edir. Həmçinin geniş yayılmış "pivə ürəyi" sindromu yaranır, ürək öz ölçüsündə böyüyür".
Həkimin sözlərinə görə bu pivənin verdiyi fəsadların hamısı deyil.
Pivə zərərli asılılıq kimi psixikaya da təsir edir, insanda daim təşviş, depressiya olur, yuxusu pozulur.
"Əgər kişi gündə 500 ml-dən artıq pivə içirsə, onun hormonal fonu kəskin pozulur. Libido düşür, süd vəziləri şişir, qadın forması alır.
Əl-ayaq, üzdə şişkinlik olur, damarları çıxır" - deyə Çarev deyib.\\Medicina